Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyanın Ukraynadakı itkiləri açıqlanıb -SİYAHI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. 

Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 700 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 228 ədəd tankı, 2 974 ədəd zirehli döyüş maşını, 577 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 89 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 165 ədəd helikopteri, 97 qanadlı raket, 2 101 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 427 ədəd dronu və 42 ədəd xüsusi texnikası məhv edilib.

Bu arada yayılan məlumata görə, Ukraynada davam edən müharibədə ötən həftə ən qanlı döyüşlərdən biri olub.

Belə ki, Severski Donets çayı istiqamətində hücum zamanı Rusiya ordusunun 400-dən çox hərbçisi öldürülüb və ya yaralanıb.

Qeyd olunur ki, mayın 11-də Rusiyanın 41-ci ümumqoşun ordusunun 74-cü motoatıcı briqadasının 550 nəfər hərbi qulluqçusu Şimali Donets çayını keçmək üçün yönləndirilib.

Lakin Ukrayna ordusunun artilleriya birləşmələri bir neçə ponton körpünü partlatmaqla hücumun qarşısını alıb, şəxsi heyətin cəmləşdiyi ərazilərə dəqiq zərbələr endirilib.

Döyüş zamanı 485-ə qədər Rusiya hərbçisinin öldürüldüyü və ya yaralandığı, 80-ə qədər hərbi texnikanın məhv edildiyi qeyd olunur. (The New York Times) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam