Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

RUSİYANIN İTKİLƏRİ REKORD HƏDDƏ ÇATDI -Rusların Ukraynaya atdığı raketlərin sayı açıqlandı

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Yenixeber.org: Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 23 000 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 986 ədəd tankı, 2 418 ədəd zirehli döyüş maşını, 435 ədəd artilleriya sistemi, 151 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 73 hava hücumundan müdafiə sistemi, 189 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 695 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 229 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Qeyd edək ki, ğtən sutka Ukrayna ordusu Rusiyaya məxsus 15 hava hədəfini məhv edib.

Bu barədə isə Ukrayna silahlı qüvvələrinin birləşmiş komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, ötən sutka ərzində 5 Kalibr tipli raket havada məjhv edilib. Eyni zamanda 7 ədəd Orlan tipli və 2 ədəd modeli müəyyən edilməmiş PUA sıradan çıxarılıb. Xarkovda isə 1 ədəd Su-34 qırıcısı vurulub. Ümumilikdə 1 təyyarə, 5 qanadlı raket və 9 PUA məhv edilib.

 

 

Rusiya Federasiyası Ukraynaya qarşı başladığı müharibədə 63 gün ərzində 1900-dən çox raket atışı həyata keçirib.

Bu barədə isə ABŞ Müdafiə Nazirliyinin rəsmisi brifinq zamanı bildirib.

O qeyd edib ki, raketlərin əksəriyyəti Mariupola buraxılıb, həmçinin əlavə edib ki, demək olar ki, bütün hava zərbələri Rusiya aviabazalarından həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam