Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyanın müavini beynəlxalq axtarışa verilib -FAKT

 

Ermənistanın Baş nazirinin müavini Ambarsum Matevosyan beynəlxalq axtarışa verilib.

Yenixeber.org: Məlumata görə, Matevosyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq (hərbi xidmətə, təlimə və ya hərbi təlimə çağırışdan yayınma) ittiham edilir.

Qeyd olunur ki, Ermənistan polisi hələ 2011-ci ildə də Matevosyanı axtarışa verib. Axtarış 2012-ci ildə dayandırılıb, lakin cinayət işinə nə üçün xitam verildiyi hələ də məlum deyil.

Ermənistan hökumətindən sayta bildirilib ki, “baş nazirin müavini Ambarsum Matevosyanın adından alınan sorğuya cavab “İnformasiya azadlığı haqqında” Qanuna aid deyil”.

“Beləliklə, faktiki olaraq, orduda zabiti bıçaqlamaqda təqsirli bilinən hazırkı müdafiə naziri Suren Papikyanın bu cinayət əməlini aydınlaşdırmadığı kimi, Matevosyan da tərcümeyi-halının həmin epizoduna aydınlıq gətirmək fürsətindən istifadə etməyib. Qeyd edək ki, Ambartsum Matevosyan Silahlı Qüvvələrdə xidmət etməyib”, - sayt vurğulayıb.

Xatırladaq ki, Matevosyan ötən ilin 25 noyabrında Baş nazirin müavini təyin olunub. Barəsində cinayət işi olan məmur daha əvvəl vilayət rəhbəri işləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam