Rusiya Ukraynaya 2154 raket atıb-Zelenskidən açıqlama

Rusiya müharibənin başlamasından bu yana Ukraynaya 2154 raket atıb.
Yenixeber.org: Bu barədə Malta parlamentində çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.
"Səmamızda 2770 düşmən təyyarəsi qeydə alınıb. Rusiyanın Ukraynanı bombalaması bir gün də dayanmır", - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, dünən, mayın 9-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Odessada səfərdə olarkən Rusiya bu şəhərə raket zərbələri endirib.









AZ
RU