Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ İrəvanla Bakıya çağırış etdi-RƏSMİ

     “ABŞ Ermənistanda hakimiyyət və müxalifəti mitinqlər zamanı zorakılıqdan çəkinməyə çağırır”.
Yenixeber.org: Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə Ermənistanda baş verən daxili siyasi hadisələri şərh edərkən deyib.

Prays xatırladıb ki, ötən həftə ABŞ-da erməni-amerikan strateji dialoq toplantısı keçirilib. Tərəflər Ermənistanın demokratik inkişafına, eləcə də ABŞ-ın Cənubi Qafqazda davamlı sülhə yardım göstərməsinə qarşılıqlı sadiqliyini təsdiqləyiblər.

"Biz inanırıq ki, dinc etirazlar açıq siyasi sistemin tərkib hissəsidir. Biz fundamental ifadə və dinc toplaşma azadlıqlarını tam dəstəkləyirik. Vətəndaşları öz fikirlərini dinc şəkildə ifadə etməyə çağırırıq. Biz hakimiyyəti təmkinli olmağa, etirazçıları isə çəkinməyə zorakılıqdan çağırırıq”.
Ned Prays Ermənistanda qanunun aliliyinə və demokratiyaya hörmət etməyə səslənib.

Bundan əlavə, Dövlət Departamentinin rəsmisi brifinq zamanı Ermənistan-Azərbaycan məsələsinə də toxunub. O, Bakı və İrəvanı münasibətləri normallaşdırmağa və sülh sazişi imzalamağa çağırış edib. 

 “ABŞ tərəflərə həlli vacib məsələlərdə kömək etməyə hazırdı”, - Prays bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam