Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyanın defolt riski artır...

“Rusiya iki istiqraz üzrə pul ödəyib, lakin sanksiyalar səbəbindən ölkədə defolt riski hələ də qalmaqdadır”.

Yenixeber.org: Məlumata görə, Qərb ölkələrinin tətbiq etdiyi sərt sanksiyalar səbəbindən investorlar gələcək ödənişləri alıb-almayacağını anlaya bilmirlər. Mütəxəssislərin fikrincə, məhdudiyyətlər pul köçürməsini xeyli çətinləşdirib, vəsaitlərin hərəkətini əngəlləyib və bloklayıb.

Fransız konsaltinq firması “EM Conseil”in təsisçisi Elena Deylinin sözlərinə görə, söhbət təkcə borcun ödənilməsi üçün gözlənilən ödənişlərdən deyil, həm də Ukraynadakı hərbi əməliyyatın və həyati əhəmiyyətli idxalın maliyyələşdirilməsinin zəruriliyindən gedir.

İnvestorlara istiqrazlar üzrə ödənişlər edə bilən 9A ABŞ Ümumi Lisenziyası, təxminən 100 milyon dollarlıq kuponların ödəmə müddətindən iki gün əvvəl, mayın 25-də ləğv edilməlidir. Əgər ABŞ Xəzinədarlığı güzəşt müddətini uzadarsa, Rusiya daxilində dollar və digər valyutalar olduğu müddətcə, sanksiyalar tətbiq olunmayan bankları vasitəsilə ödənişləri davam etdirə bilər.

Agentliyin qeyd etdiyi kimi, ABŞ bundan Rusiyanı qənaətlərini xərcləməyə məcbur etmək üçün istifadə edir. Amma hələlik Moskva neft, qaz və digər malların satışı sayəsində kifayət qədər nağd pula malikdir.(“Bloomberg”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam