Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

“Moskva” müəmması:neçə dənizçi batdı, nüvə silahı olubmu?

      Rusiyanın işğal etdiyi Krımın Sevastopol şəhərində “Moskva” raket kreyseri ilə vida mərasimi keşirilib.

Yenixeber.org: Gəmi bir müddət əvvəl Qara dənizdə batıb. Mərasimdə Hərbi Dəniz Qüvvələrinin veteranları və ruhanilər iştirak ediblər.

Matəm əklillərinin birinin üztündə “Gəminin və dənizçilərin xatirəsinə” yazılması BBC-nin diqqətini xüsusi cəlb edib.

Rusiya Müdafiə nazirliyi batmış gəminin heyətini təxliyə etdiyini söyləyir, amma orada neçə dənizçi olduğunu açıqlamır. Ukrayna mənbələri isə ekipajın böyük qisminin, o cümlədən gəmi kapitanının həlak olduğunu iddia edir.

Böyük Britaniyanın “dailymail.co.uk” saytı yazır ki, “Moskva” kreyserində olan 510 nəfərlik şəxsi heyətin 452 nəfəri gəmi ilə birlikdə sulara qərq olub…

Sayt beyin mərkəzlərinə istinadən bildirir ki, “Moskva”da nüvə silahının olması ehtimalı son dərəcə yüksəkdir. Ona görə də Qara dəniz ətrafında olan dövlətlər – Türkiyə, Rumıniya, Gürcüstan və Bolqarıstan Rusiyadan izahat tələb etməlidir.

Saytın məlumatına görə, Ukrayna müharibəsi ilə bağlı 20 rus generalı həbs olunub. Daha əvvəl isə FSB-nin 150 zabitinin tutulması barədə xəbər yayılmışdı…

Britaniya nəşri yazır ki, “Moskva”nın necə vurulması haqqında dəqiq məlumat yoxdur. Rusiyanın məşhur “Vaqner” qrupundakı mənbələr istisna etmir ki, kreyserin vurulmasında “Bayraqdar” önəmli rol oynayıb.

Ehtimal edilir ki, Türkiyə dronundan kreyserin diqqətini yayındırmaq üçün istifadə oluna bilərdi. Və ya kreyserdə olan radar sisteminin sıradan çıxarıması məqsədi ilə də “Bayradar”dan yararlanmaq olardı. O da ola bilər ki, “Bayraqdar”dan kreyserə doğru atılmış raketin hədəfə dəyməsi üçün istiqamətin dəqiqləşməsində istifadə olunub…

Məqalədə o da vurğulanır ki, batan “Moskva” kreyserindən Türkiyə gəmisi 54 dənizçi xilas edib…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam