Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

İsrail “Dəmir şüa” ilə silahlandı - VİDEO

İsrail “Dəmir şüa” ilə silahlandı -    VİDEO

           Hava müharibəsində oyun qaydaları dəyişir

İsraildə raketləri və PUA-ları lazer vasitəsilə zərərsizləşdirən “Dəmir Şüa” (Iron Beam) sisteminin sınaqları uğurla başa çatıb. Bu sistemi İsrailin dünyaca məşhur “Rafael Advanced Defense Systems” şirkəti yaradıb. Qeyd edək ki, “Dəmir qübbə” (Iron Dome) HHM kompleksi də həmin firmanın məhsuludur.
Yenixeber.org: “Dəmir Şüa” sistemi “Dəmir Qübbə”nin, yaxud İsrailin digər məşhur HHM kompleksi olan “Davud Qalxanı”nın (David's Sling), eləcə də “Spyder” mobil qurğularının alternativi deyil, əksinə, onları tamamlamaq üçün nəzərdə tutulub. O, kiçik hədəfləri, minomyot mərmilərini zərərsizləşdirməyə xidmət edəcək. Daha böyük hədəflər isə raketlərlə atəş açan və işi baha başa gələn HHM sistemlərinin öhdəsində qalmaqda davam edir.


“The Times of Israel” xəbər verir ki, İsrailin Müdafiə Nazirliyinin araşdırmalar və ixtiralar şöbəsinin rəhbəri, general Yaniv Rotem (Yaniv Rotem) “Dəmir Şüa” mürəkkəb vəziyyətlərdə uğurla sınaqdan çıxdığını təsdiqləyib. “Bu sahədə lazerin tətbiqi oyun qaydalarını dəyişəcək”,- deyə general bildirib.

"Iron Beam" Lazer şüası ilə vurulmuş PUA İsrailin müdafiə naziri Beni Hansa təqdim olunub.


İsrail “Iron Beam” sisteminin texniki göstəricilərini (məsələn, lazerin gücünü) tam açıqlamır. Amma çatışmazlığını etiraf edir: buludlu hava və pis görmə şəraitində bu silah effektli olmaya bilər. Ona görə də, qurğunun təyyarərlərin üzərində quraşdırılan versiyası da hazırlanacaq


Yada salaq ki, ötən il baş tutan 11 günlük müharibə zamanı Qəzza sektorundan İsrailə 4000-dən çox raket və mərmi atılmışdı. Bu təhlükələrə qarşı İsrail hava hücumundan çoxsəviyyəli müdafiə sistemi ilə qorunur: yaxın məsafəli “Dəmir Qübbə”, orta məsafəli “David Qalxanı” və uzaq məsafəli “Ox”, “Patriot”. İndi “Dəmir Şüa” bu sistemə xırda hədəflərdən müdafiə qatı da əlavə edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam