Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Minsk Qrupunun həmsədrləri Moskva ilə əlaqələri kəsib- RƏSMİ

“Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplər və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə danışıqların başlanması üçün əsas rol oynamağa hesablanıb”.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, bu mövzu cari ilin aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqlarında, eləcə də bir gün əvvəl Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı müzakirə edilib.

“Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır”, - deyə XİN rəsmisi vurğulayıb.

O, həmçinin əlavə edib ki, Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə yol vermir.

“Yadınıza salım ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları dayandırıb. Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqları üçün də regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar atmaq tələb olunur”, - deyə M.Zaxarova qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam