Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"PUTİNİN UKRAYNADA EDAM PLANLARININ OLDUĞUNU BİLİRDİK"- Britaniya kəşfiyyatından ŞOK AÇIQLAMA

  Ukraynada edamların həyata keçirilməsi əvvəldən Rusiya prezidenti Vladimir Putinin planında olub. 

Yenixeber.org: Bunu Böyük Britaniyanın xarici kəşfiyyat idarəsinin – Mİ6-nın rəhbəri Riçard Mur bəyan edib.

Riçard Mur sosial şəbəkə vasitəsilə yaydığı açıqlamasında vurğulayıb: “Biz bilirdik ki, Putin Ukraynaya müdaxilə planına öz hərbçilərinin və kəşfiyyat xidmətinin orada məhkəməsiz edamlar həyata keçirməsini də daxil edib. Hazırda Ukraynanın azad olunmuş yaşayış məntəqələrində dinc sakinlərin edam edildiyini təsdiqləyən dəhşətli xəbərlər adamın qanını dondurur”.

Xatırladaq ki, 2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total müharibə aparır.

Ukrayna xalqının və ordusunun güclü müqaviməti ilə üzləşmiş rus qoşunları martın sonlarında bəzi məntəqələrdən, o cümlədən paytaxt Kiyev ətrafından geri çəkilmək məcburiyyətində qalıb. Azad edilən yaşayış məntəqələrində rusların dinc ukraynalıları kütləvi şəkildə qətlə yetirdiyi bəlli olub, kütləvi məzarlıqlar aşkar edilib.(Novator)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam