Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Rusiyalı deputat Mixail Delyaqin danışdı...-"...hər kəsdən üzr istəyirəm”

               Rusiya Dumasının deputatı Mixail Delyaqin Azərbaycan xalqından üzr istəyib.

Yenixeber.org:  “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində çıxışı zamanı "Azərbaycanın neft sənayesini məhv etməli və nüvə zərbəsi endirməliyik" deyən deputat bu sözlərinə görə peşman olub. 

Delyaqin Azərbaycanla bağlı fikirlərinin yanlış olduğu etiraf edib və səhvinə görə üzr istədiyini bildirib.

“Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməməyə dair tövsiyəsində tamamilə haqlıdır və mən bu tövsiyələri tam yerinə yetirəcəyəm. Müdafiə Nazirliyimiz sülhməramlılarla vəziyyəti müzakirə etdikdən sonra Azərbaycan qoşunları geri qayıdıb və Azərbaycan Müdafiə Nazirliyi çox nəzakətlə izah etdi ki, qoşunları heç yerə getməyib. Mənim sözlərimdən sonra qorxmuş, incimiş və çaşqınlıq hissi keçirmiş hər kəsdən üzr istəyirəm”, - deyə deputat sosial şəbəkə hesabında vurğulayıb.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edib ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam