Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

RUSİYA KİYEV İSTİQAMƏTİNDƏN GERİ ÇƏKİLDİYİNİ ELAN ETDİ -"Kiyev və Çerniqov istiqamətində hərbi aktivliyi azaltmaq qərarına gəlmişik"

Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı hərbi təcavüzdə taktikanı dəyişdiyini rəsmən elan edib. Rusiya komandanlığı Kiyev və Çerniqov istiqamətlərində “hərbi aktivliyin kardinal şəkildə ixtisar edilməsinə” dair qərar verib. Bu haqda TASS bildirir.

Yenixeber.org: Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin “kardinal şəkildə ixtisar edilməsi” qərarını Ukrayna ilə danışıqların “praktiki müstəviyə keçməsi” ilə əsaslandırıb.

“Ukrayna ilə danışıqların praktiki müstəviyə keçməsi ilə əlaqədar Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi dəfələrlə azaltmaq qərara alınıb”,-müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi hesab edir ki, Kiyev də müvafiq qərar qəbul edəcək və “sonrakı normal iş üçün şərait yaradacaq”.

Aleksandr Fomin İstanbulda bu gün keçirilən danışıqların yekunlarına əsasən Kiyevi “əsirlərə qarşı Cenevrə konvensiyasına əməl etməyə” çağırıb.

Xatırladaq ki, bundan əvvəl isə müdafiə naziri Sergey Şoyqu Ukraynadakı “xüsusi əməliyyatın” əsas məqsədlərinin “yerinə yetirildiyini”, nəticədə “başlıca məqsədə”-Donbassın “azad edilməsinə” diqqəti cəmləşdirməyə imkan yarandığını bildirib.

O, “qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə qədər xüsusi əməliyyatın davam edəcəyini” də əlavə edib.

Daha əvvəl ABŞ və Böyük Britaniyanın müdafiə nazirlikləri bildirmişdilər ki, Rusiya ordusu Ukraynada verdiyi ağır itkilərin yerini doldurmaqda çətinlik çəkir. Və Kiyev istiqamətində hücumu davam etdirmək cəhdlərindən əl çəkərək əsas qüvvələri Donetsk və Luqansk vilayətlərinin işğalına yönəltməyə hazırlaşır. 

Başqa sözlə, Kiyevi iki-üç günə tutmağı planlaşdıran Rusiya rəhbərliyi indi bütün gücünü “minimum hədəfə” yönəldir. Amma bu da iflasla nəticələnə bilər, çünki Kiyev ətrafında Ukrayna ordusu bir neçə pilləli müdafiə xətti qurub və orada böyük qüvvə saxlamağa məcburdur. Kiyev ətrafında hərbi aktivliyin azalması və Donbass üzərinə hücumların artırılması Ukraynaya da imkan verəcək ki, qüvvələrinin bir hissəsini şərq cəbhəsinə atsın və Rusiya ordusunun daha çox ərazi işğal etməsinə imkan verməsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam