Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zelenskinin bu müsahibəsi Rusiyada qadağan olunub!–VİDEO

         Roskomnadzor hamıya xəbərdarlıq etdi, 3 KİV barədə araşdırmaya başladı

Yenixeber.org: Roskomnadzor (Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsi üzrə Federal Xidməti) Rusiya Kütləvi İnformasiya Vasitələrindən Ukrayna prezidenti Volodimir Zelenskinin müsahibəsini yayımlamamağı tələb edib. 

Prezident Zelenski müharibə başlayandan bəri ilk dəfə olaraq Rusiya jurnalistlərinə müsahibə verib. 2 saat davam edən müsahibəni götürmüş media quruluşları (“Meduza”, “Dojd”, “Kommersant”) prezidentlə söhbəti dünən, həm də montajsız yayımlamağı vəd etmişdilər. 

Lakin Roskomnadzor sözügedən KİV arasında “xarici agent funksiyasını yerinə yetirən”lərin olduğunu səbəb göstərərək, yayıma mane olmağa çalışıb. 

“Roskomnadzor Rusiya KİV-ə həmin müsahibənin yaymlanmasından imtina etmək barədə xəbərdarlıq edir. Müsahibəni götürən KİV haqqında məsuliyyətin müəyyən edilməsi və ölçü götürülməsi üçün araşdırma başlanıb” – deyə qurumun açıqlamasında bildirilir.

Müsahibəni tam şəkildə bu linkdən izləyə bilərsiniz:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam