Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ukrayna müharibəsində azı 1 104 mülki şəxs ölüb, 1 754 nəfər yaralanıb-STATİSTİKA

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci il tarixindən 25 mart 2022-ci il saat 00:00-a qədər mülki əhali arasında itkilər 2 858 nəfər (bir gün əvvəlki hesabatda 2 788 nəfər idi - red.), o cümlədən 1 104 nəfər (1081) dinc sakin təşkil edib.

Yenixeber.org: Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı şənbə günü məlumat yayıb.

“Ali Komissarlıq hesab edir ki, real rəqəmlər xüsusilə hökumətin nəzarətində olan ərazilərdə və son günlər daha çoxdur, çünki intensiv döyüşlərin getdiyi bəzi yerlərdən gələn məlumatlar gecikdirilir və bir çox hesabat hələ də təsdiqini gözləyir”, - sənəddə vurğulanır.

Qeyd edilir ki, Mariupol və Volnovaxa, İzyum, Severodonetsk, Trostyanetsk (Sum vilayəti) şəhərlərində dinc əhali arasında çoxsaylı itkilər var.

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibə zamanı 221 kişi, 167 qadın, 30 oğlan və 15 qız ölüb, 51 uşaq və 620 nəfər (böyüklər-red) cinsiyyəti hələ müəyyən edilməyib.

Xəsarət alan 1 754 nəfərdən 30-u qız, 24-ü oğlandır, yaralılar arasında o cümlədən cinsiyyəti hələlik müəyyən edilməmiş 70 uşaq da var.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam