Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

NATO ölkələri müdafiə xərclərini artıracaq-BƏYANAT

   Şimali Atlantika Alyansına (NATO) üzv ölkələr müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracaqlar.

Yenixeber.org: Bu barədə NATO-nun Brüssel sammitinin yekunları üzrə dərc olunmuş bəyanatında deyilir.

"Alyansın və Avro-Atlantik regionun təhlükəsizliyini təmin etmək üçün atdığımız addımlar adekvat resurslar tələb edəcək. Müttəfiqlər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırırlar", - sənəddə deyilir.

NATO ölkələri hücumun bütün formalarına müqavimət göstərmək üçün fərdi və kollektiv bacarıqları gücləndirməyə davam etməyə razılaşıblar. İyun ayında Madriddə keçiriləcək NATO sammitində hərbi xərclərin artırılması ilə bağlı əlavə planların təqdim olunacağı bildirilir.

Bundan əlavə, müttəfiqlər Ukrayna hökumətinə və xalqına yardım göstərməyi davam etdirmək əzmində olduqlarını bildiriblər.

İyunun 29-30-da Madriddə NATO sammitinin keçiriləcəyi gözlənilir, sammitə Ukrayna və Gürcüstan da dəvət olunub.

Xatırladaq ki, cümə axşamı Brüsseldə NATO-nun fövqəladə sammiti keçirilib və bu sammit zamanı alyans Ukrayna prezidenti Volodimir Zelenskinin video-bağlantı vasitəsilə çıxışını dinləyib və Ukraynaya əlavə silahların verilməsini müzakirə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam