Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Kiyev vilayəti "Qrad" və "Smerç"dən atəşə tutulub-AÇIQLAMA

SON DƏQİQƏ: Kiyevə yaxın şəhərlər “Qrad” və “Smerç”dən ATƏŞƏ TUTULUR

           Rusiya ordusu Kiyev vilayətinin bir sıra şəhərlərini “Qrad” və “Smerç”dən atəşə tutur.

Yenixeber.org: İlkin məlumata görə, hücum zamanı 1 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, Rusiya hərbçiləri İrpen dövlət müəssisələrindən birini “Qrad”dan atəşə tutub, körpü dağıdılıb. Qurbanların sayı barədə məlumatlar dəqiqləşdirilir.

Bundan başqa, ruslar Kiyev vilayətinin Buçanski rayonunun Lıçanka kəndindəki yaşayış binalarını da “Qrado”dan atəşə tutub. Nəticədə 1 nəfər həlak olub.

Petruşka kəndinin sakinlərinin yaşayış evləri də zərbələrə məruz qalıb. Həlak olanlar barədə hələ ki, məlumat yoxdur.

Rus hərçilər “Smerç” raket sistemlərindən Makarov yaxınlığındakı Sitnyaki kəndinə hücum ediblər. Bir mülki vətəndaşın yaralanması ilə bağlı məlumat var.

Daxili İşlər Nazirliyi əlavə edib ki, Buça, İrpen, Makarov və Borodyanka istiqamətində döyüşlər davam edir.

UNIAN-ın əldə etdiyi məlumata görə, Rusiya ordusu Kiyev vilayətindəki Novıye Petrivtsi şəhərini də atəşə tutublar, nəticədə iki yaşlı uşaq ölüb, dörd nəfər yaralanıb. Atışma nəticəsində hündürmərtəbəli bina dağılıb, qonşu yaşayış binalarına ziyan dəyib.

Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbi qüvvələrinin Kiyevə hücumu ehtimalı hələ də qalır.

Son sutka ərzində heç bir ciddi dəyişiklik baş verməyib. Kiyevətrafı qəsəbələrdə, xüsusən Qostomel, Buçansk və İrpin istiqamətində də vəziyyət dəyişməz olaraq qalır.(UNIAN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam