Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zelenski ölkədən təxliyə olunmaq təklifini rədd edib-VİDEO

“Ukrayna prezidenti Volodimir Zelenskiyə müharibənin ilk günlərində ölkədən təxliyə olunmaq təklif edilib, lakin o, qəti şəkildə bundan imtina edib. Ölkə başçısını zəif hesab edənlər səhv hesab ediblər”. Yenixeber.org: Bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Dmitri Qordona müsahibəsində deyib.

"Birinci gün o, həm Qərb tərəfdaşları, həm də öz mühafizəçilərinin israrla təxliyə olunmaq təklifindən imtina etdi. Çünki Qostomelə desant enişi olanda bizdə tam dəqiq məlumat var idi ki, növbəti eniş Peçerskə olacaq. Zelenski dedi: "Mən əlimə silah alıb döyüşəcəm, problem nədir?” - Arestoviç bildirib.

Müşavir əlavə edib ki, çoxları dövlət başçısını təmkininə və cəsarətinə görə tərifləyir: “İlk 48 saat ərzində, artıq Kiyevdə döyüşlər gedəndə, heç kim bilmirdi ki, bu necə qurtaracaq, diversantlar haradan çıxacaq. Baza stansiyasının yaxınlığında iki dəfə atışma olmuşdu. Zelenski birmənalı olaraq dedi: “Təxliyə mövzusunu bağlayın. Mən heç vaxt getməyəcəyəm, lap 10 desant gəlsin, lap Prezident Ofisi raketlərlə vurulsun”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam