Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putin Ukraynaya 16 min muzdlu göndərir-Suriya və Liviya yaraqlılarından

Açiq mənbələrdən foto.
Cümə günü Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərilə keçirilən müşavirədə Ukraynada müharibəyə xarici muzdluların göndərilməsi ideyasını dəstəkləyib.

Yenixeber.org: Belə ki, müdafiə naziri Şoyqu məlumat verib ki, "artıq çox müraciət daxil olub, ən çox Yaxın Şərqdəndir -16 min nəfərdən çox”. Bu barədə Kremlin saytındakı məlumatda deyilir.

Prezident bu təklifi dəstəkləyib və qeyd edib ki, "Ukraynanın qərb sponsorları"  artıq döyüş bölgəsinə muzdluları göndərirlər.

"Odur ki, əgər  görsəniz ki, könüllülük əsasında, üstəlik pul qarşılığında yox, gəlib Donbasda yaşayan adamlara kömək göstərmək istəyənlər var, onları qarşılamaq lazımdır”, - Putin deyib.   

Beləliklə, Rusiya dolayısı ilə döyüş qabiliyyətli hissələrin çatışmazlığını etiraf edib və özü Yaxın Şərqdən yaraqlıların iştirakı ilə müharibənin beynəlmiləlləşdirilməsinə təşəbbüs edir. Şübhə yoxdur ki, söhbət Rusiya tərəfilə sıx əməkdaşlıq edən Suriya və Liviya yaraqlılarından gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam