Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

"Ruslar Xarkovu qan gölünə çevirib"-YENİ VİDEOLAR (Yenilənir)

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini bombalamaqda davam edir.

Yenixeber.org: Jurnalist Eynulla Fətullayev Xarkovdan yazır: "Hamı xilas olmağa çalışır. Rus artilleriyası şəhəri qan gölünə çevirib. Hər yanda meyidlərdi"

***

Xarkov şəhərin işğalçılar tərəfindən bombardman edilməsi davam edir. İşğalçılar içində qadınların və uşaqların da olduğu Poltava-Xarkov da qatarını atəşə tutublar. 

Qatar atəşə məruz qaldığı üçün platformada dayanıb və yola çıxa bilmir. Maşinist hamıya yerə uzanmağı əmr edib.


***

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.

Bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib.

Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.

“Bu kabusu bütün dünya görməlidir”, - DİN rəsmisi vurğulayıb.(UNIAN) 

***

 

 

Ukraynanın Xarkov şəhəri Rusiyanın aviasiya və artilleriya qüvvələri tərəfindən bu dəqiqələrdə atəşə tutulur. Sosial şəbəkələrdə hadisə yerindən görüntülər yayılıb.

“Ekvator” ticarət mərkəzi yaxınlığındakı əraziyə çox sayda mərmi atılıb.

Qeyd olunur ki, Rusiya ordusu yalnız Ukrayna ordusunun hərbçilərinin cəmləşmə yerlərini deyil, bütün şəhəri raket atəşinə məruz qoyubar.

Şəhərin bombalanması görüntülərini təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam