Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Əli Həsənovun oğlunun ABŞ-dakı erməni iş ortaqları kimdir? – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işə düzəlib.
Yenixeber.org: Mayamidə fəaliyyət göstərən “Zylberglait Group” ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. 

Məlumat üçün bildirək ki, “Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında çoxsaylı ermənilər də var. 

“Marcus and Millichap”də yüksək vəzifələrdə çalışan ermənilərdən biri Simon Qriqoryandır. Simon Qriqoryan özünün “LinkedIn” sosial şəbəkə hesabında yazır ki, o 2010-cu ildən Şamxal Həsənlinin də yaşadığı Florida ştatında yerləşən erməni kilsəsinə yardımlar edir. Qriqoryan yazır ki, erməni kilsəsinin  bərpasına kömək edib və hazırda ayda bir dəfə könüllü kimi kilsənin işlərində yaxından iştirak edir.

Şamxal Həsənlinin iş ortaqlarında olan başqa bir erməni – Stefan Çraqçyan daha əvvəl ABŞ-da erməni diasporasının mərkəzi olan Qlendeyl şəhərində çalışıb. Stefan Çraqçyan da erməni diasporasının aktiv fəallarından hesab olunur. Çraqçyan özünün “LinkedIn” sosial şəbəkə hesabında “profil şəkili” kimi Qlendeyldə yerləşən Brand kitabxanasının fotosunu yerləşdirib. Bu kitabxana erməni diasporunun əsas təbliğat mərkəzlərindən hesab olunur. Erməni diasporu hər il aprel ayında bu tarixi kitabxanada qondarma erməni soyqırımının anım gününü qeyd edir.


A. Cəfərov (yeniavaz.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam