Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Əli Həsənovun oğlu 1 milyona yaxın pul mənimsəyib-Vüqar Səfərli ilə birgə

  

KİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Yenixeber.org: Məlumata görə, Kriminalqafqaz saytı V.Səfərlini həbsə aparan və Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli ilə birgə həyata keçirdiyi cinayət əməllərinə dair bəzi yeni məlumatlar əldə edib.

İstintaq araşdırması zamanı məlum olub ki, V. Səfərli Fondun rəhbəri olduğu müddətdə Prezidentin sabiq köməkçisi, KİVDF-nin kuratoru Əli Həsənovun oğlu Şamxal Həsənli ilə əlbir olaraq dövlət büdcəsindən külli miqdarda pul vəsaitini mənimsəyiblər.

İttihama görə, V. Səfərli KİVDF-nin ofisini daha ucuz qiymətə icarəyə götürə biləcəyi halda Ə. Həsənovun oğlu Şamxal Həsənliyə əlavə qazanc vermək üçün ona məxsus binadan baha qiymətə icarəyə yer götürüb.

Belə ki, Əli Həsənova məxsus və rəsmi sənədlərdə oğlu Şamxal Həsənlinin xüsusi mülkiyyətində olan Beynəlxalq Mətbuat Mərkəzindən KİVDF üçün ofis kirayələmək məqsədilə 1 kvadratmetrə görə ödəniş 12 manat nəzərdə tutulduğu halda, müqavilə 18 manatdan bağlanıb. Vüqar Səfərli öz yaxın adamlarının nəzarətində olan “Azərmətbuatyayım” ASC və “Kaspi Az” MMC-nin də həmin binadan ofislər icarəyə götürməsinə nail olub.

Ümumi üç ofis icarəyə götürülüb, onlardan biri 371, ikisi isə 421 kvadratmetr olub. Bu üç ofis üçün Şamxal Həsənli ilə bağlanmış müqaviləyə görə ona aylıq 1 kvadratmetrinə 18 manat olmaqla, ümumilikdə, hər ay 21 min 834 manat icarə haqqı ödənilib. Hər üç ofis üçün müqavilələr 2011-2019-cu illər ərzində bağlanıb.

Digər maraqlı epizod isə Prezidentin sərəncamı ilə 2019-cu ildə ləğv edilən Bilik Fondu üçün həmin binadan götürülən 419 kvadratmetrlik ofislə bağlıdır.

Fond ləğv edilsə də, bundan sonra əlavə 8 ay da icarə haqqı ödənişi davam etdirilib. Bu yolla hər ay 12 600 manat ödəniş etməklə, 100 800 manat pulu ələ keçiriblər.

İttihama görə, təkcə Şamxal Həsənlinin xüsusi mülkiyyətində olan BMM-də götürülən ofislərin icarə haqqı şişirdilərək 812 min 585 manat ələ keçirilərək mənimsənilib. Bütün bu əlavə gəlirlər birbaşa Şamxal Həsənliyə ödənilib, müqavilələr onunla bağlanıb.

Təqsirləndirilən şəxslərdən bəziləri ifadələrində mənimsəmə əməlləri ilə bağlı göstərişləri birbaşa Əli Həsənovdan aldıqlarını deyiblər.

Xatırladaq ki, Vüqar Səfərli istintaq zamanı vurduğu zərərdən 200 min manatını geri qaytarıb. Jurnalistlər binasının tikintisində iştirak edən “Portos” MMC-nin direktoru Ədalət Vəliyev isə 1 milyon manat ödəyib.

Qeyd edək ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Həmçinin, Vüqar Səfərlinin 637 min manat dəyərində olan əmlakları – Nobel prospektində yerləşən mağaza, Bakının Binəqədi, Novxanı, Əhmədli qəsəbəsində, İsmayıllı rayonu, Ticran kəndində torpaq sahələri, Lütfi Zadə küçəsində yerləşən mənzil və “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg”, “Toyota Land Cruiser” markalı lüks avtomobillərinin üzərinə də həbs qoyulub.

Xatırladaq ki, Şamxal Həsənli 2020-ci ilə qədər Xəzər TV-nin rəhbəri vəzifəsini icra edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam