Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

DÖVLƏTDƏ XƏYANƏTDƏ İTTİHAM EDİLƏN SADIKOVDAN AÇIQLAMA -"Üzr istəyirəm..."

Xəbər verdiyimiz kimi I Qarabağ Müharibəsi zamanı 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən “Çeildağ” əməliyyatının detalları üzə çıxıb.

Yenixeber.org: Respublika Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev kriminialqafqaz.az-a cinayət işinin istintaqı barədə arayış göndərib. 

K.Əliyev sənəddə qeyd edib ki, həmin vaxt Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınıb. Nəticədə 82 azərbaycanlı hərbçi tələyə salınaraq öldürülüb və ya itkin düşüb: Kamal Əliyev bildirir ki, istintaq zamanı əslində Nəcməddin Sadıkovun yazdığı raportun yalan olduğu üzə çıxıb. Müstəntiq 1994-cü ildə Nəcməddin Sadıkov, Elbrus Orucov, Vasyak Aleksandr Petroviç və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma (hazırki redaksiyada Cinayət Məcəlləsinin 274 və 341-ci maddələr) ittihamını irəli sürüb: Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digərləri haqqında şübhəli şəxs qismində tutma protokolları tərtib edib, onların müttəhim kimi cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar qəbul etdim”. Müstəntiq K.Əliyev daha sonra bildirb ki, Nəcməddin Sadıkovun həbsinə nail ola bilməsə də, həmin olaylardan sonra Sadıkov Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və XTQ-ə müdaxilədən, həmin strukturlardan informasiya alma imkanlarından məhrum edildiyini bildirib.

Belə ciddi və cəmiyyət arasında rezonans doğuran məsələ ilə bağlı Manset.az sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovdan açıqlama alıb. O yuxarıda qeyd edilən ittihamlarla bağlı suallara qulaq asdıqdan sonra bunları deyib: “Mən hal-hazırda çox məşğulam. Haqqımda yazılanları oxumuşam, xəbərim var. Hazırda bu barədə danışa bilmirəm. Üzr istəyirəm, məni narahat etməyin!”

Qeyd edək ki, məlumat dünəndən xəbər portallarında yayıldıqdan sonra ictimaiyyət arasında ciddi müzakirə mövzusuna çevrilib. Sabiq Baş Qərargah rəisinin cavab verməli olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam