Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistan Antalyada keçiriləcək foruma dəvət edildi-AÇIQLAMA

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara Universitetində Latın Amerikası ölkələrinin səfirləri və Türkiyə Böyük Millət Məclisinin Dostluq Qrupunun sədrləri ilə işgüzar görüş keçirib.

Yenixeber.org: Görüşdə Çavuşoğlu Ermənistanı Antalyada keçiriləcək diplomatik foruma dəvət edəcəyini bildirib.

“Martın 11-dən 13-dək keçiriləcək ikinci diplomatik forumda Latın Amerikası iştirak edəcək. Dünyanın hər yerindən hər kəsi dəvət edirik. İndiyədək 39 xarici işlər naziri iştirakını təsdiqləyib. Ermənistanı, Yunanıstanı, Kiprin yunan hissəsini, İsraili və Misiri dəvət etmişik. Burada hamının səsi eşidiləcək. O, azad məkana çevrilib”, - nazir vurğulayıb.

KİV-lər xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçiriləcək diplomatik foruma dəvət alıb və orada iştirakın məqsədəuyğunluğunu nəzərdən keçirir. “Armenpress”in məlumatına görə, bu barədə nazirliyin mətbuat katibi Vaan Hunanyan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam