Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Erməni tərəfin İki post dağıdıldı, səkkiz hərbçi məhv edildi-AÇIQLAMA

Ermənistanın iki əsgəri ölüb, ikisi yaralanıb

              Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində iki erməni hərbçi ölüb.
Yenixeber.org: Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bundan əlavə, iki erməni hərbiçinin də yaralandığı qeyd edilib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlunun şəhid olması xəbərini yaymışdı.
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
"Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    ***

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribata cavab olaraq Azərbaycan Ordusunun əsgərləri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmənin iki postunu dağıdıb.

Oxu.Az-in verdiyi məlumata görə, əsgərlərimiz səkkiz nəfər düşmən hərbi qulluqçusunu məhv edib.

Görünən odur ki, son günlər baş verən hadisələr fonunda KTMT-yə müvəqqəti sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan eyforiyaya qapılıb və verdiyi qərarların məsuliyyətini dərk etməyəcək dərəcədə “başını itirib”.

Lakin Azərbaycan Ordusunun sayıqlığı hər zamankı kimi yüksək səviyyədədir və bundan sonra bir əsgərimizin əvəzinə ən az 8-10 erməni hərbçisi məhv ediləcəkdir.

Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribata cəhd edərkən mütləq bu nüansı göz önünə alsınlar!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam