Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kəlbəcər istiqamətində döyüşlərdə erməni tərəfin itkiləri-AÇIQLAMA

 

Xəbər verildiyi kimi, bu gün dekabrın 10-da günorta saatlarından başlayaraq Ermənistan ordusunun bölmələri Azərbaycan ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə qarşı yeni təxribat cəhdləri edib.

Yenixeber.org: Bu təxribatın qarşısı alınıb. Ermənistan Müdafiə Nazirliyi bildirir ki, atışma zamanı 1 erməni əsgəri öldürülüb, bir neçəsi yaralanıb. Yaralıların ikisinin ağır vəziyyətdə olduğu bildirilir. Döyüşlər Basarkeçər rayonunun Zod kəndi istiqamətində gedir.

***

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.

Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam