Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Alma-Atada atəş səsləri səngimir-Atəş açanlar kimlərdir?

      Qazaxıstanın Almatı şəhərində “Mir-24” teleradio şirkətinin filialının binası yanır.

Yenixeber.org: Bu barədə yerli media məlumat yayıb. Hadisənin təfərrüatları hələlik məlum deyil. 

         ***

Qazaxıstanın Alma-Ata şəhərindən həyacanlı xəbərlər daxil olmaqda davam edir. Son məlumatlara görə ölkə üzrə internet yenidən kəsilib, Alma-Ata küçələrində intensiv atəş səsləri və partlayışlar eşidilir. Qazaxıstan hakimiyyəti baş verənləri “terrorçu elementlərə qarşı xüsusi əməliyyat” kimi təqdim edir, lakin dinc nümayişçilərə qarşı atəş açılmasını əks etdirən görüntülər də var.

Xəbərlərə görə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Akademiyasının binası ətrafında şiddətli atışmalar olub. Orada akademiyanın rəisinin öldürüldüyü bildirilir. Məlumata əsasən akademiya rəisi binaya hücum edən silahlılarla atışmaya girən kursantlara başçılıq edirdi.

 

Bu arada əsasən Rusiya ordusunun desantçılarından ibarət olmaqla KTMT sülhməramlı qüvvələrinin Qazaxıstana yeridilməsi davam edir. Elə nümayişçilərə atəş açanların da əsasən rusiyalı muzdlular olduğu haqda xəbərlər var. Qazaxıstan prezidentinin administrasiya rəhbərinin müavini Dauren Abayev isə bildirib ki, KTMT qüvvələri “mühafizə funksiyalarını” yerinə yetirəcəklər və bilavasitə “terrorçu elementlərə qarşı əməliyyatlarda” iştirak etmirlər.

Bildirilir ki, Alma-Atanın silahlılardan təmizlənməsi əməliyyatını “Arıstan”, “Arlan”, “Berkut” xüsusi təyinatlı dəstələri və Müdafiə Nazirliyinin bölmələri həyata keçirir.

Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı son məlumata görə, iğtişaşlarda ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 18-ə çatıb, yaralananların sayı 750-ni keçir. Habelə onlarla silahlının öldürüldüyü bildirilir, lakin öldürülənlərin sayının daha çox olduğu haqda xəbərlər var.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam