Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkədə messencerlər bloklandı-SƏBƏB

Qazaxıstanda messencerlər mitinqlərə görə bloklandı

      Qazaxıstanda "Telegram", "WhatsApp" və "Signal" messencerləri bloklanıb. 
Yenixeber.org: Həmçinin qeyd edilir ki, “Beeline” ölkədə “şirkətdən asılı olmayan” səbəblərdən mobil internetlə bağlı yaranan nasazlıqları təsdiqləyib. Qazaxıstanın mobil operatoru olan "Kcell" isə rabitədə yaranan fasilələri səlahiyyətli orqanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördüyü tədbirlərlə izah edib.
Qeyd edək ki, Qazaxıstanda Yeni il bayramından dərhal sonra qazın qiymətinin kəskin artması ilə bağlı etirazlar başlayıb.

Etiraz aksiyaları Janaozen, Kurık, Akşükür, Aktau və digər ərazilərdə keçirilib. Xüsusən də avtomobillərə vurulan yanacaq qazınının qiymətinin iki dəfə qalxması elan edildikdən sonra mitinqlər kütləvi hal alıb. Qazaxıstanın Energetika Nazirliyi izah edib ki, qazın qiymətini tələb və təklifə uyğun olaraq bazar özü formalaşdıracaq. "Akimat" isə qaz qiymətlərinin tənzimlənməsində iştirak etmir. Çünki bu məhsul rəqabət mühitinə aiddir. Eyni zamanda, fərdi sahibkarlar tərəfindən əsassız olaraq qiymət artımı faktları baş verdikdə, Rəqabətin Müdafiəsi Agentliyinin şöbəsi tərəfindən inzibati tədbirlər görülür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam