Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Putin “Mercedes”in sükanı arxasına keçib Lukaşenkonun dalınca getdi-YENİLƏNDİ/FOTOLAR

Cari ildə Rusiya-Belarus İttifaq dövlətinin inkişafında mühüm addım atılıb. Bunu Sankt-Peterburqda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüş zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

Yenixeber.org: Üç saat davam edən görüş zamanı Putin qeyd edib ki, iki ölkə bu istiqamətdə maliyyə, vergi, gömrük və fiskal qanunvericiliyə aid məsələlərdə də razılığa gəliblər.

Rusiya prezidenti Rusiya və Belarus hökumətlərindən olan həmkarlarına təşəkkür edərək, qarşılıqlı fəaliyyətin həyata keçirilməsi üçün ciddi planların nəzərdə tutulduğunu qeyd edib.

“Ümid edirəm ki, qarşıdan gələn 2022-ci ildə də biz səmərəli əməkdaşlıq edəcəyik”, - deyə dövlət başçısı yekunlaşdırıb.

Aleksandr Lukaşenko öz növbəsində Minskə xarici təzyiqlər fonunda respublikanı dəstəklədiyinə görə Rusiya liderinə minnətdarlığını bildirib.

***

18:45

Rusiya prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Rusiya KİV-ləri xəbər verir ki, onların arasında təkbətək danışıqlar başlayıb. Danışıqlar Konstantinovsk sarayında keçirilir. Gözlənilirdi ki, prezidentlər Belarus-Rusiya münasibətlərinin aktual məsələlərini, o cümlədən müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

 

Görüşdən əvvəl Putin özü şəxsən “Mercedes” markalı cipin sükanı arxasına keçərək Lukaşenkonun dalınca gedib, onu qaldığı oteldən götürərək Konstantinopol sarayına aparıb. Bu barədə görüntülər Belarus prezidentinin mətbuat xidmətinə yaxın Telegram-kanalda yayılıb. Kadrlardan görünür ki, Putin cipin sükanı arxasından düşür və Lukaşenkonu qarşılayır.

Lukaşenko Sankt-Peterburqa MDB dövlət başçılarının qeyri-formal sammitində iştirak etmək üçün ötən gün səfər edib.

virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam