Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Orqan implantasiyası ilə bağlı əməliyyatlar Xidmətlər Zərfinə daxil ediləcək-AÇIQLAMA

Orqan implantasiyası ilə bağlı əməliyyatlar Xidmətlər Zərfinə daxil ediləcək 

“Xidmət Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ambulator tibbi xidmət, laboratoriya xidmətləri, cərrahi tibbi xidmətlər, stasionar terapevtik və bir çox digər tibbi xidmətlər daxildir. Bununla yanaşı, orqan implantasiyası ilə bağlı əməliyyatları da Xidmətlər Zərfinə daxil etmək planlaşdırılır”.

Yenixeber.org: Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Bayramov Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar barədə dinləmədə deyib.

Məlumatda xidmətlərlə bağlı mövcud rəqəmlər səsləndirilib və gələcəkdə nəzərdə tutulan artımlardan bəhs edilib. Qeyd edilib ki, icbari tibbi sığorta artıq bütün ölkəni əhatə edir. Layihənin əsas məqsədi tibb müəssisələrində sərbəstliyi təmin etməkdir və bu istiqamətdə müvafiq tədbirlər təşkil edilib.

O da qeyd edilib ki, icbari tibbi sığortanın tətbiqi sayəsində tibbi xidmətlər üçün regionlardan şəhərə əhalinin axını azalıb. Bu, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində olan şəraitin, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırıldığını göstərir.

Bildirilib ki, icbari tibbi sığorta üzrə göstərilən xidmətlərin növlərinin və keyfiyyətinin artırılması əhali üçün çox faydalı olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam