Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Türkiyə yeni peykini orbitə buraxdı-FOTOLAR+VİDEO

Türkiyənin yeni peyki orbitə buraxılıb

Türkiyənin “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodomundan orbitə göndərilib.

Yenixeber.org: “Haber Global” xəbər verir ki, 42 dərəcə şərq orbitində xidmət göstərəcək peyk Türkiyənin peyk məlumat ötürmə qabiliyyətini 15 dəfədən çox artıracaq.

“TürkSAT 5B” sabit peyklərdən 20 qat daha səmərəliliyə malikdir. Peykin manevr müddəti 35 ildən çoxdur. Peyklə yanaşı, kosmosa ilk dəfə kommersiya rabitə peyki ilə “yerli istehsal olan avadanlıq” da göndərilib.

“TürkSAT 5B” Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı və Aralıq dənizi, Şimali və Cənubi Afrika, Nigeriya daxil olmaqla geniş əhatə dairəsinə xidmət göstərəcə biləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı tviterdəki hesabında paylaşım edib.

"Kosmosda səkkizinci aktiv peykimiz olacaq TürkSAT 5B" 42 dərəcə şərq orbitində ölkəmizə 35 il xidmət etmək üçün kosmos səyahətinə başlayır. Uğurlar", - deyə dövlət başçısı sosial şəbəkədəki hesabında yazıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bu peyklə ölkənin rabitə imkanlarının 15 dəfə artacağını bildirib. Nazir qeyd edib ki, “TürkSAT 5B! çərçivəsində hava, dəniz, quru interneti və yerüstü əlaqəyə çatmaq mümkün olmayan rabitə quruluşu hər yerdə fasiləsiz təmin ediləcək. Beləliklə, genişzolaqlı internet və rabitə başdan-başa təmin olunacaq.

Qeyd edək ki, bununla da “TÜRKSAT A.Ş.”ə məxsus rabitə peyklərinin sayı 8-ə yüksəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam