Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsi qəbul olundu-TƏFƏRRÜAT

Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsi qəbul olundu

Avropa İttifaqı (Aİ) birliyin bütün tərəfdaş ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir.
Yenixeber.org: Bu barədə Aİ-nin Şərq Tərəfdaşlığı proqramının VI sammitin yekununda qəbul olunan bəyannaməda bildirilib. Sənəddə Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətləri, etimad quruculuğu tədbirləri, regional əməkdaşlıq və nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunur.

Eyni zamanda bəyannamədə Şərq Tərəfdaşlığı regionunda münaqişələrdən zərər çəkmiş əhaliyə dəstək verilməsinin zəruriliyi qeyd edilib. Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli təfərrüatlı saziş üzrə danışıqlarda əldə olunan irəliləyiş alqışlanır. Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması təqdir olunur. Sənəddə qeyd edilir ki, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsinə böyük töhfə verib.

Qeyd edək ki, Azərbaycan Aİ-nin bəyannaməsinin Belarusun daxili məsələlərinə aid olan bəndinə qoşulmayıb. Beləliklə, rəsmi Bakı digər ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi prinsipini əsas tutduğunu sübut edib. Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin liderləri Azərbaycan və Ermənistan liderləri arasındakı görüşü müsbət dəyərləndiriblər.

Sammitdə iştirak edən ölkələrin rəhbərləri Brüssel görüşünü qlobal miqyasda 30 illik münaqişədən sonra son dərəcə müsbət addım adlandırıblar. Avropa İttifaqı həmçinin Şərq Tərəfdaşlığı ölkələrində islahatlar prosesinə dəstək niyyətini təsdiqləyib.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” layihəsi 2009-cu ildə Aİ, onun üzv dövlətləri və altı ölkə: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək üçün başlayıb.

Belarus istisna olmaqla, Şərq Tərəfdaşlığının bütün ölkələri Brüsseldə keçirilən sammitdə təmsil olunub. Rəsmi Kiyev layihədə iştirakını dayandırıb. Öz növbəsində Rusiya mətbuatı da Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində Rusiya əleyhinə hər hansı sanksiyanın yer almadığını qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam