Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Erməni hakerlərə görə beynəlxalq təşkilatlara müraciət edilib

Azərbaycan erməni hakerlərə görə beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibercinayətkarlığa qarşı mübarizə aparan beynəlxalq təşkilatlara 3 erməni hakeri ilə bağlı müraciət edib.

Yenixeber.org: Bunu “Azərbaycanda pandemiya dövründə dələduzluq” adlı konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

“Ötən ilin iyununda Fuad Musayev adlı şəxsin adından insanlara məktublar daxil olub. Bu sahədə müəyyən bilgisi olanlar göndərilən elektron poçt adresinə baxmaqla bunun şübhəli olduğunu anlaya bilər”, - T.Məmmədov deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum bu "e-mail"ı kiber hücum olduğunu müəyyənləşdirib:

“Bizim araşdırmamız nəticəsində məlum oldu ki, bu hücumun arxasında Ermənistana məxsus “IT Security LLC” (itsec.am) şirkəti dayanır. Bu şirkət vasitəsi ilə Armen Qnuni (Armen Gnuni), İran ermənisi Ara Babaxani (Ara Babakhani), Aşot Mnatsakanyanın (Ashot Mnatsakanyan) həmin hücumu Fuad Musayev adı altında həyata keçirdiyini müəyyən etdik və cinayətə beynəlxalq səviyyədə qiymət verilməsi üçün müvafiq qurumları məlumatlandırmışıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam