Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

İrəvanda etirazçılar yolları bağlayıblar-FOTO

İrəvanda etirazçılar yolları bağlayıblar

Azərbaycanda həbs edilmiş və müharibə zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri etiraz aksiyalarını davam etdirirlər.
Yenixeber.org: Bu gün hökumət binasının qarşısına toplaşmış valideynlər axşam saatlarında Tiqran Mets prospektini, eləcə də Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanına gedən digər küçələri bağlayıblar.
Yerli media yazır ki, polis əməkdaşları etirazçıların qarşısını almağa çalışıb. Nəticədə təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında mübahisə yaranıb.

Aksiya iştirakçıları Tiqran Mets prospektinə gedərək polisdən onların hərəkətlərinə mane olmamağı tələb ediblər. “Oğlumu geri qaytarmağın yeganə yolu budur, lütfən, qarşımızı, yolumuzu kəsməyin”, - etirazçılardan biri deyib. Aksiyaçılardan bəziləri yola çıxaraq avtomobillərin hərəkətini dayandırmağa çalışıb. Hətta aksiya iştirakçılarından biri asfalta uzanıb. Onun yanında daha bir neçə valideyn də əyləşib.
Xatırladaq ki, bu gün itkin hərbçilərin yaxınları etiraz aksiyasına başlayblar. Onların hiddətinə səbəb Ermənistan parlamentinin spikeri Alen Simonyanın məhbuslarla bağlı qalmaqallı açıqlamalarını əks etdirən videosu olub. Ermənistan parlamentinin sədri məhbusların artıq onun üçün mövcud olmadığını deyib. Simonyanın sözlərinə görə, sözügedən hərbçilər silahlarını yerə ataraq, qaçıblar və itkin düşüblər ki, nəticədə də onlar qarşı tərəfə əsir düşüblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam