Redaktor seçimi
Atalar sözünə görə həbs -
Ucar rayonu Qarabörk kənd məktəbinin
Gündüz Əliyev Sumqayıtı “barmağına dolayıb”: Şöbə müdiri şəhəri “ələ keçirib”-
Əhməd İsmayılov kimdir və o, Azərbaycan mediasını necə idarə edəcək? –
Çətin imza-
“Denizegece” Azərbaycanda pasientləri hansı üsullarla arıqladır –
“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... -
““Rossiya” kanalının AzTV-yə qarşı 5 milyonluq iddiasının ŞOK SƏBƏBLƏRİ” -
Günün xəbəri

Üçtərəfli görüşün ikitərəfli qələbəsi-Soçi görüşü Azərbaycanla Rusiyanın maraqlarının üst-üstə düşdüyünü nümayiş etdirdi

 

Üçtərəfli görüşün ikitərəfli qələbəsi
Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin Soçidə keçiriləcək üçtərəfli görüşündən müxtəlif gözləntilər var idi. Görüşün nəticələrinə dair imzalanan Bəyanatın müddəaları ilk növbədə Azərbaycanın gözləntilərinin doğrulduğunu sübut edir.
Yenixeber.org: Əslində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə, habelə Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə səsləndirdiyi bir sıra fikirlər Azərbaycanın haqlı mövqeyinin dəstəklənəcəyinə sübhə yeri qoymurdu. Məsələn, Azərbaycan Prezidenti ilə ikitərəfli görüşdə Putinin “Qarabağda sülhməramlılarımız müsbət rol oynayır, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəal işləyir” ifadəsi Türkiyənin regionda nəinki nüfuzunun artmasından, hətta hərbi mövcudluğundan qıcıqlanan Ermənistana və elə Rusiyadakı ermənipərəst qüvvələr də daxil olmaqla, İrəvanın xarici havadarlarına çox ciddi mesaj idi.
Üçtərəfli görüşdə isə Rusiya prezidentinin əsasən Azərbaycanlı həmkarı ilə görüşdə toxunduğu məqamlara və onun mövqeyinə istinad göstərməsi, Moskvanın postmünaqişə dövründə məhz Bakının siyasi xəttini dəstəklədiyindən xəbər verirdi.
Dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalı olması zərurətini vurğulayan Vladimir Putinin “Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır” ifadəsi əslində bu müstəvidə Azərbaycanın konstruktiv təkliflərini əngəlləməyə çalışan erməni tərəfinə və şəxsən Ermənistanın baş nazirinə xəbərdarlıq idi. Başqa sözlə desək, Moskva bu məsələdə rəsmi Bakının mövqeyinin yalnız Azərbaycan və Ermənistan yox, həm Rusiya, həm də 3+3 formatında iştirak edə biləcək ölkələrin hamısının maraqlarına cavab verdiyi həqiqətini dəstəklədi.
Soçi görüşünün yekunlarına dair qəbul edilən birgə Bəyanatda Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımların atılması, dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə əldə olunan razılığın öz əksini tapması bunun əyani sübutudur.

Təsadüfi deyil ki, regionun inkişafı naminə Ermənistan, Azərbaycan və Rusiya hökumətlərinin baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış üçtərəfli komissiyanın fəaliyyətini xatırladan Vladimir Putin, yaxın vaxtlarda nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işinin bəhrəsinin nəinki təsdiqinin, həm də hamı üçün uyğun zəruri tədbirlərin şahidi olacağımıza əminliyini ifadə etdi. Məhz bu reallıq regionun dirçəldilməsi üçün şəraitin yaradılmasını, insanların özlərini təhlükəsiz hiss etmələrini və təsərrüfat fəaliyyəti ilə normal məşğul olmalarını, iqtisadiyyatın inkişafını, bölgə ölkələrinin vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsini şərtləndirə bilər.

Bu kontekstdə görüşün nəticələrinə dair mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin dəfələrlə "dəhliz" ifadəsini səsləndirməsi Azərbaycanın Ermənistandan keçməklə Naxçıvana, və oradan da Türkiyəyə çıxış almasını nəzərdə tutan Zəngəzur dəhlizinin açılmasının Moskva tərəfindən dəstəkləndiyini nümayiş etdirir. Beləliklə də, Ruisyanın da marağında olduğu məsələ ətrafında ermən tərəfin siyasi spekulyasiyalarına son qoyulur, Ermənistan rəhbərliyinin və oradakı revanşist qüvvələrin manevr imkanları sıfıra endirilir. Bu mənada, Soçidə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarların qəbul olunması həmin qüvvələrə verilən ən tutarlı cavabdır.
Soçi görüşünə dair yekun Bəyanatda Azərbaycanın haqlı mövqeyinə dəstək, erməni tərəfin isə təxribatçı mövqeyinə endirilən ciddi zərbə özünü daha iki məqamda göstərdi.
Birincisi, sənəddə ümumiyyətlə Qarabağ ifadəsi yer almadı.
İkincisi, erməni tərəfin və onun xarici havadarlarının daim sövdələşmə predmetinə çevirməyə çalışdıqları əsir və ya girovlar məsələsinə toxunulmadı.
Bununla da, Azərbaycanın və şəxsən Prezidenrt İlham Əliyevin mövqeyi və təklifləri qeyd-şərtsiz Bəyantada öz əksini tapdı. Belə ki, yekun sənəddə ehtiva edilən bütün müddəalarla bağlı məhz Azərbaycan son bir ildə dəfələrlə təşəbbüs irəli sürüb.
Bu müstəvidə Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsi, iki dövlətin rəhbərlərinin şəxsi münasibətlərinin və Rusiya prezidenti Vladimir Putinin bu prosesə verdikləri töhfə danılmaz faktdır. Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, xalqlar arasında etimad mühitinin formalaşması, regionda mehriban qonşuluq münasibətlərinin təntənəsi məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərmək məramını açıqlaması Soçi görüşündə məzh Azərbaycan və Rusiyanın maraqlarnın üst-üstə düşdüyünü nümayiş etdirdi. Bu ikitərəfli müsbət nəticələri qəbul etmək və onlara qoşulmaq isə Ermənistan rəhbərliyinin sağlam məntiq sərgiləməsindən asılı olacaq.(azvision)
шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam