Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İstanbulda Türk Şurasının Zirvə toplantısı keçiriləcək-Bu gün

Bu gün İstanbulda Türk Şurasının Zirvə toplantısı keçiriləcək

        Bu gün İstanbulda Türk Şurası ölkələrinin VIII Zirvə toplantısı keçiriləcək.

Yenixeber.org: İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyevin iştirak edəcəyi gözlənilir.

“Elektron dövrdə "Yaşıl texnologiyalar" və Ağıllı şəhərlər” mövzusunda təşkil olunan toplantıda liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə edəcəklər.

Tarixi zirvədə Türkmənistanın müşahidəçi olaraq təşkilata qoşulması, üçüncü ölkələr və qurumlarla əlaqələrin müəyyənləşməsi, təşkilatın gələcəyi ilə bağlı qərarların qəbul edilməsi gözlənilir.

Eyni zamanda, liderlər iclasda regional və beynəlxalq iqtisadi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Zirvə toplantısında sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam