Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya Xocalıda pravoslav kilsəsi də açdı… —İcazə aldılarmı?/ FOTO+VİDEO

Dünən - noyabrın 10-da  Azərbaycan Respublikasının Xocalı rayonu ərazisindəki hava limanı yaxınlığında 1 il öncə torpaqlarımıza yeridilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi birləşməsinə məxsus hərbi şəhərciyin ərazisində ilk pravoslav kilsəsi də açılıb.
Yenixeber.org: "TASS"ın yaydığı məllumata görə, açılış mərasimində Rusiyanın Cənub Hərbi Dairəsinin komandanının müavini, Qarabağdakı sülhməramlı sayılan kontingentin ilk komandanı, general-leytenant Rüstəm Muradov və Rusiyanın Qarabağdakı sülhməramlı sayılan kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak ediblər.
 

“Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet hakimiyyəti illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və buna görə də İsanın mövludu şərəfinə ucaldılan Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət kəsb edir", - “Xankəndi rus icmasının sədri” Aleksandr Bodrov belə  deyib.
 
28 il öncə ermənilər tərəfindən  Azərbaycan vətəndaşlarına qarşı Rusiyanın 366-cı alayının dəstəyi ilə kütləvi soyqırım həyata keçirilmiş Xocalı rayonu ərazisində xristian pravoslav kilsəsinin lap hökumətimizin icazəsi olsa belə, yenə də mənəvi baxımdan doğrudurmu?
 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam