Vidadi İsayevə ünvanlanmış tərs suallar...-Bərdədə "Boynuyoğun" müsabiqəsi gözlənilir
Yenixeber.org: Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin bərbad idarəçiliyi-korrupsiya və qohumbazlığı, eləcə də 20 Yanvar şəhidlərinin adına salınmış abidə-park kompleksinin satılması ilə bağlı yeni detallar ictimailəşib. Anar Shahbazov adlı FB istifadəçisi bu mövzuda icra başçısına tərs suallar ünvanlayıb:
"8 Noyabr ZƏFƏR günümüzü qeyd etdik. Qürurlandıq, fərəhləndik. Ardınca 9 Noyabr kölgəsinə sığındığımız üçrəngli bayrağımızın da bayaramını qeyd etdik.
İndi yenə qayıdaq Bərdə rayonunda bərdəlilərə, tək bərdəlilərə yox, bütün şəhidlərimizə, eləcədə Azərbaycan xalqına qarşı edilmiş təhqirə,xəyanətə və buna verilməli olan lakin, hələ də verilməyən cavaba.
Biz Bərdə ictimayyəti olaraq Bərdə rayon RİH başcısı Vidadi İsayevə mütəmadi olaraq bizlərə qarşı, vətənə qarşı atılmış bu xain addımın hesabatını verməyi tələb edirik. Lakin "daşdan səs çıxır”, Vidadi İsayevdən səs çıxmır.
Qətiyyən düşünmürük Vidadi İsayev saymazlıq edir. Xeyr, çünki bu adamları elə yerdə "xirttəkləyib" tutmuşuq ki, nəinki səsləri, nəfəsləri də çıxmaqda zorlanır.
Nə isə biz Bərdə ictimayyəti olaraq, gənclər olaraq, vətənin azadlığı, müstəqillik uğrunda can vermiş şəhid qardaşları olaraq, şəhid övladları olaraq sizə təkar sual veririk.
Vidadi İsayev, siz bu açıqlamanı bizə vermək məcburiyyətindəsiniz.
Cavab verin bilək: siz nə səbəbə Bərdə 20 Yanvar şəhidlərin adına salınmış abidə-park kompleksini dağıdıb, qaynınız Binyətov Çingizin adına rəsmləşdirdiniz?
Bu təkcə sizin kommersiya marağınız üçün idi, yoxsa ardında başqa bir məkirli niyyət var idi?
Yaxşı bir ildən artıqdır ki, bərdəlilərin sualını cavabsız qoyursunuz. Onda bu sualımıza cavab verin ən azından: Bu bir ildən artıq müddətdə sizdə nə baş verdi? Qaynınız Çingizin "vəzyyəti" düzəldi? Yəqin düzəlib.
Biz Bərdə əhalisi Bərdə gəncləri bu sualın cavabını dəqiqləşdirmək üçün qərara gəlmişik ki, Bərdə 20 Yanvar Şəhidləri xiyabanını dağıdan, satan xainlərin boynun yoğunluğun ölçək. Bunun üçün dərzilərin istifadə etdiyi ölçü də varımızdı.
İstəyirik bu bir il ərzinda bu vandallığı törədənlərin boynunun yoğunluğunu ölçək, görək nə qədər "yoğunlayıb".
Hər halda əsaslı fərq olar.
Vətənin, şəhidin namusuna yalnız Boynuyoğunlar sataşa bilər. Bu səbəbdən bu vandallığı törədənlərin boynunun yoğunluğun ölçməmiz şərtdir.
Çingizin boynundan sonra İsə siz özünüz bu işdə barmağı olan kimi desəniz onun da boynuyoğunluğun ölçərik.
Beləliklə də "Boynuyoğun" müsabiqəsində kimin daha çox boynu yoğun olduğun biləcəyik.
Mənim öz təxminim var. Ama məndə qalsın. Sonra müsabiqənin keçrilməsində ədalətsizliklə, saxtakarlıqla suçlanaram.
Onsuz da bütün ölkə və Bərdəlilər boynuyoğunları yaxşı tanıyır.
Biz çox belə yoğun boyunları qollarımızın arasında sıxıb nəfəsin qaraltmışıq.
Yanlış anlamayın, güləşərkən deyirəm. Güləşlə məşğul olanlar bilir.
Hə indi sizdən cavab gözləyirik.
Cavab geciksə təkrar və bu dəfə yeni tərzdə veriləcək suallarımız.
Bədii təşbeh vasitələrindən daha çox istifadə edərək verəcəyik sualımızı".