Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koronavirusla bağlı yeni xəbər var: Daha bir neçə il davam edəcək...

Almaniyanın “BioNTech” şirkətinin qurucuları, türk professorlar Özlem Türeci və Uğur Şahin koronavirusun gələcəyinə və yeni ştammlara qarşı vaksinlərlə bağlı açıqlama veriblər.
Yenixeber.org: Professorlar pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı dəqiq vaxt söyləməyin çətin olduğunu deyiblər:
"Bu çətin sualdır, çünki biz virus haqqında, onun vaksinlərə necə reaksiya verməsi ilə bağlı hər gün yeni bir şey öyrənirik. Bu baxımdan daha bir neçə il koronavirusla yaşamalı olacağıq. İllər keçdikcə COVID-19 qrip virusu statusu qazanacaq, əhalinin müəyyən qrupları ildə bir və ya iki dəfə peyvənd olunacaq. Koronavirus daha idarə oluna bilən virus halına gələcək”, - deyə Özlem Türeci bildirib.
Onun həmkarı Uğur Şahin isə yeni ştammlara qarşı vaksinlərdən danışıb:
“Hazırda mövcud vaksinlərin dəyişdirilməsinə ehtiyac yoxdur. Lakin biz yeni ştammlara qarşı vaksinlər istehsal edə bilərik. Onlar da hazırda istifadə etdiyimiz vaksinlər qədər təhlükəsiz olacaq”, - deyə Uğur Şahin vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam