Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Suqovuşan və Talış kəndi ötən ilin bu günü azad edildi

 

Suqovuşanın işğaldan azad edilməsindən 1 il keçir
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin erməni işğalından azad edilməsindən bir il ötür. 
Yenixeber.org: 2020-ci ilin oktyabrın 2-də Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutub.
Azərbaycan Ordusu oktyabrın 3-ü Tərtər rayonunun Talış və Madagiz kəndlərini tamamilə işğaldan azad edib.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilmiş, 3 tankı isə qənimət götürülüb.

Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib.

Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirib. Azərbaycanın Suqovuşan su anbarını ələ keçirməklə düşmənin enerji potensialına zərbə vurulub, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Prezident İlham Əliyevin oktyabrın 3-də verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edilib.

"Suqovuşanın azad olunmasına görə" 
medalı təsis edilib və Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam