Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu tarixdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq-XƏBƏRDARLIQ!

27 sentyabr paytaxt Bakı şəhərində Anım Günü ilə əlaqədar keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi üçün Neftçilər prospekti ilə Azadlıq meydanından Ağ Şəhər Bulvarı istiqamətində kəsişən, bitişən və paralel olan küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Yenixeber.org: Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Əsədov deyib.

Belə ki, səhər saat 06:30-dan 14:00-a qədər Afiyəddin Cəlilov, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Puşkin, Rixard Zorge, Kövkəb Səfərəliyeva, Niyazi və Mehdi Hüseyb küçələri, Azadlıq və Neftçilər prospektləri, eləcə də Azneft meydanından avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.

Həmçinin Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl 20-ci sahə qəsəbələri yanından isə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Saat 12:00-da ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam