Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Lukaşenko bu tarixdə gedəcək-AÇIQLAMA

 

Lukaşenko nə vaxt gedəcəyini açıqladı
 Belarus prezidenti Aleksandr Lukaşenko “Bolşoy razqovor” proqramında vəzifəsindən nə vaxt gedəcəyi ilə bağlı suala cavab verib.
Yenixeber.org: “Lukaşenkonun nə zaman gedəcəyi ilə bağlı fal açmaq lazım deyil, çox tezliklə”, - o deyib və əlavə edib ki, hakimiyyətə başqa adam gələcəyi təqdirdə hadisələrin necə inkişaf edəcəyi haqda dəfələrlə düşünüb. Ən çətini isə varis məsələsidir.

“Mən yaxın dostum və böyük qardaşım Vladimir Vladirimoviç Putinin bir vaxtlar dediyini təkrarlaya bilərəm: Belarus xalqı kimi seçəcəksə, prezident də o olacaq. Bu doğrudan da belədir. Xalq kimə səs verəcəksə, o da olacaq. Onda hansı mövqe tutacağımı hələ ki müəyyən etməmişəm. Doğru sözümdür. Mən bu haqda düşünürəm, bu, təbiidir. Axı bu vəzifə əbədi deyil. Mən də insanam”, - Belarus rəhbəri deyib.

Lukaşenkonun dediyinə görə, hərdən “sakit yaşamaq” istəyir, ancaq sonra belə bir qənaətə gəlir ki, “sakit həyat ömrünün sonunacan olmayacaq”.

Belarus lideri Ukraynanın sabiq prezidenti Leonid Kuçmaya həmişə qibtə etdiyini bildirib: “Görüşəndə soruşuram: “Özünü necə hiss edirsən, Leonid?” “Əla”, - cavab verir. Mən də onun özünü çox yaxşı hiss etdiyini görürəm. Götür-qoy etməyə başlayıram və düşünürəm: yox, mən bacarmaram”, - Lukaşenko etiraf edib.

Onun sözlərinə görə, ölkəsi ilə bir növ “bütövləşib”.

“Mən başa düşmürəm, başqa heç bir işlə məşğul olmadan necə pensiyaya çıxmaq və ümumiyyətlə yaşamaq olar. Hələ ki bunu təsəvvür etmirəm”, - ölkə başçısı əlavə edib.

Lukaşenko “prezident ola biləcək” və Belarusa sadiqlikdə ona bənzəyən 15-20 namizəd gördüyünü bildirib.

Xatırladırıq ki, Lukaşenko 1994-cü ildən Belarus prezidenti vəzifəsini tutur. O, 6 dəfə dalbadal seçilib.
Son seçkilərdə rəsmi məlumatlara görə səslərin 80,1 %-ni qazanıb. Müxalifət bu nəticə ilə razılaşmayıb və bütün ölkədə başlayan etirazlar yarım il davam edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam