Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“İnfiniti” klubunda Ərəb turistlər, fahişələr, qəlyan… –Bakının görünməyən gecə həyatı/VİDEO

 

Bakıda xüsusi karantin rejimini kobud şəkildə pozan gecə klubları fəaliyyət göstərir.

Yenixeber.org: Əməkdaşlarımız məşhur gecə klublarından biri olan “İnfiniti” klubunda nələrin baş verdiyinin əyani şahid olublar.

Gecə saat 00:00-dan bir çox obyektlər işlərini dayandırsa da, bu klub sözün əsl mənasında cibə işləyir. Ürəyindən eyş-işrət, qəlyan keçən hər bir kəs məhz bura üz tutur.

Kluba daxil olmaq üçün adambaşına 20 AZN verilməlidir. Nəhayət, “qərib cinlər” diyarına düşürük. Kimi içir, kimi sərxoş halda qəh-qəhə çəkib gülür, kimisi isə ağzından tüstü çıxarır.

Qiymətlər elə də ucuz deyil. Bir qəlyan üçün gərək 60-80 manatından keçəsən. Bu, məsələnin başqa bir tərəfi. Keçək tüstülü, yüksək səsli, səhərə qədər yuxularına haram qatıb ərəblərin qarşısında canfəşanlıq edən qadınlara.

Bu xanımları, görəsən, nə vadar edir? Pulmu, yoxsa mənəvi rahatlıq üçün buranı seçiblər? Bax bu, bir az sual doğurur. Cəmisi iki saatlıq, o dəyərli vaxtımızdan bu “cinlər diyarına” ayırıb biz də şənlənmək istədik.

Qaydanı pozub ictimai iaşə obyektlərində qadağan edilən qəlyandan da daddıq. Çəkiliş xatirinə ha… Gecə saat 00:00-ı gözlədik ki, bəlkə, klub bağlana. Yox, nə bağlanmaq? Hələ gecə həyatı onlar üçün bundan sonra başlayır.

Bizim klubu tərk etdiyimiz vaxt gecə saat 01:00-ı göstərirdi. Biz demirik ki, klublar işləməsin. Sadəcə qanun qanundursa, gərək bu “örtülü bazar” məsələsi hər bir ictimai iaşə obyektinin sahibinə şamil olunsun.(BAKU TV)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam