Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məşhur gecə klubu "İnfiniti"nin adı daha bir qalmaqalda -vəzifəli şəxslərə 129 min rüşvət verilib

 

Bakının məşhur gecə klublarından biri olan "İnfiniti"nin adı daha bir qalmaqallı işdə keçir. Bu dəfə klubun rəhbər şəxslərinin rüşvət verdiyi üzə çıxıb.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə iclası keçirilir.

Həmin şəxslər "Azərişıq" ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İlham Məmmədov və İdarənin Kəsim şöbəsinin mühəndisi İlkin Hüseynovdur.

İttihamda göstərilir ki, həmin şəxslər 2017-ci ilin aprel ayında Nərimanov rayonu ərazisində yerləşən "İnfiniti" klubuna transformatordan işıq xəttinin çəkilməsi üçün 29 min manat rüşvət alıblar.

Həmçinin həmin vaxtdan 2018-ci ilin dekabr ayınadək aylıq ödənişlər üçün "İnfiniti" gecə klubundan, ümumilikdə, 100 min manat alınıb və "Azərişıq" ASC-yə ödənilməyib.

Dəymiş zərər 129 min manatdır.

Bu iş üzrə zərərçəkmiş qismində "Azərişıq" ASC tanınıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), və 311.3.1, 311.3.3. (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvətalma) maddələri ilə ittiham verilib.

Məhkəmə istintaqı hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılır.

Əldə etdiyimiz məlumata görə, elə bu qalmaqallı işdən sonra "İnfiniti" klubun fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bu klub daha əvvəllər də mətbuatın gündəminə kütləvi dava və əxlaqsızlıq yuvası olması ilə gəlmişdi.(müsavat)

İlkin Muradov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam