Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Rza İbadov vətənə dönür-“Növbəti il parlament seçkilərinə qatılmaq...”

 

“Növbəti il parlament seçkilərinə qatılmaq...” - Sabiq deputat Azərbaycana gələcək

Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov Bakıya gəlməyi planlaşdırır.

Yenixeber.org: Rza İbadov özü bu barədə əməkdaşımızla danışarkən bildirib: “Azərbaycan mənim vətənimdir. Güman ki, yeni ildə Bakıya gələcəm”.

Həmçinin eks-deputat  2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən də söz açıb: “2020-ci ilin parlament seçkilərinə qatılmaq və deputat olmaq fikrim yoxdur”.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

2005-ci ildən sonra isə Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam