Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Köçəryan Paşinyanı hədələdi -Yenidən parlament seçkiləri keçirilə bilər

“Hesab edirik ki, seçkilərdə kütləvi qanun pozuntuları baş verib. Açıq şəkildə görünür ki, inzibati resurslardan istifadə edilib”.

Yenixeber.org: Erməni mediası xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti, “Ermənistan” Blokunun lideri Robert Köçəryan iyunun 22-də keçirdiyi mətbuat konfransında bildirib. 

Köçəryan etiraf edib ki, seçkilərin nəticələri onun üçün gözlənilməz olub. Onun sözlərinə görə, seçkilərdə inzibati resurslardan istifadə olunması və total qanun pozuntuları ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək. “İndi seçki qərargahımız materialları toplayır. Bir neçə günə Konstitusiya Məhkəməsinə şikayətimizi təqdim edəcəyik”, - deyə Köçəryan vurğulayıb. 

“Ermənistan” Blokunun lideri qanun pozuntularına etiraz olaraq mandatdan imtina məsələsinə də toxunub. O bildirib ki, hələlik bu barədə qəti qərar yoxdur.

“Seyran Ohanyan yaxşı müqayisə apardı. Əgər hərbi əməliyyatlar zamanı mövqelər alınsa da, tapşırıq tam yerinə yetirilməyibsə belə, həmin mövqeləri nəinki qorumaq, hətta gücləndirmək gərəkdir. Biz də mübarizəni davam etdirmək üçün ciddi çox ciddi imkanlar əldə etmişik”, - deyə o əlavə edib. 

Köçəryan deyib ki, Paşinyan hakimiyyəti mövcud siyasi kursu davam etdirəcəyi təqdirdə Ermənistanda yenidən parlament seçkiləri keçirilə bilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam