Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Minsk qrupu indi nə deyir? -Mina döşəyən 6 diversantı buraxaq..?

Minsk qrupu indi nə deyir? Mina döşəyən 6 diversantı buraxaq..?

Dünən iki jurnalist qardaşımız Kəlbəcərdə öz vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid oldu. 10 noyabr bəyanatından sonra Azərbaycan sərhədini qanunsuz keçən, əsgərlərimizi, mülki şəxslərimizi şəhid edən erməni terrorçularının buraxılması üçün haray-həşir salan, qətnamə qəbul edən beynəlxalq təşkilatlar indi susublar.

Yenixeber.org: ATƏT hadisə ilə bağlı bəyanatında məsələdən narahat olduğunu, günahkarların tapılıb cəzalandırılmasını istəyib.

Məgər günahkar bəlli deyil? Ağıl var, məntiq var: Azərbaycan öz torpağına mina döşəyəsi deyil ki! Bunu edən Ermənistandır, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyən də Ermənistandır.

28 mayda Minsk Qrupu həmsədrləri Kəlbəcərdə ərazilirəmizi minalayarkən ordumuz tərəfindən yaxalanan 6 erməni diversant-terrorçunun buraxılması üçün bəyanat yaydılar. Amma indi günahkarın adını çəkib, tələb irəli sürmək istəmirlər.

Mina çox təhlükəli silahdır, ancaq beynəlxalq təşkilatların bu vəhşilik qarşısında susması bəşəriyyətin gələcəyi üçün minadan qat-qat daha təhlükəlidir. Biz sülh istəyən, əmin-amanlıq şəraitində yaşamaq istəyən bir millətik və harada olmasından asılı olmayaraq terrora qarşıyıq. Sülhün ən vacib şərti isə ədalətdir. Yəni cinayətkar cəzalanmalıdır. Cəzasızlıq yeni cinayətlərin təməlini qoyur. Beynəlxalq təşkilatlar nə qədər görmək istəməsələr belə, tarix bugünləri, həqiqətləri yazır. Həqiqətin deyilməməsi, gizlədilməsi bizim ona olan borcumuzu artırır. Həqiqətin bizdən öz borcunu geri almağının nəticəsi isə fəlakət olur.

Göz yummaq, görməzdən gəlmək məsələsi bumeranq kimidir. Heç kimə, heç bir dövlətə terror arzulamırıq. Ancaq vaxt gələcək bu göz yumduğunuz, görməzdən gəldiyiniz, siyasi manipulyasiyalara qurban verdiyiniz terror sizin də qapınızı döyəcək.

Sabah hər şey üçün çox gec olacaq… 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam