Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Keçmiş KT naziri, Dəniz Akademiyasının rektoru Heydər Əsədovun milyonları -VİDEO

Müstəqil araşdımaçı blogger Mehman Hüseynov sosial şəbəkələrdə yeni araşdırması ilə çıxış edib.
Yenixeber.org: Bu araşdırmanı təqdim edirik:
"Yeni araşdırma! Xalq OĞRU məmurları tanımalıdır!
Heydər Əsədov korrupsiya əməllərinə görə Kənd Təsərrüfatı nazirliyindən qovulmuşdur. Necə oldu ki, sonradan Dəniz Akademyasına rektor təyin olundu?
Keçmiş nazir, indi isə rektor olan Heydər Əsədovun “şuluq” övladları xarici ölkələrdə hansı oyunlardan çıxırlar?
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun dövlət büdcəsindən oğurladığı Azərbaycan xalqına məxsus olan milyonları tapmışıq.
Bu adam Akademiyanın tələbələrinin pullarını fırladıb öz ailəsinə xərcləyir. Heydər Əsədov milyonlarla dolları övladlarının əlləri ilə ölkədən çıxarır. Onun üç övladı var: Vagif, Asif və Fəridə. Hər üç övladı bizneslə məşğuldu. Hər üç övladı dəbdəbəli həyat yaşayır. Hər üç övladının xarici vətəndaşlılıqları var. Təsəvvür edirsiz?
Heydər Əsədov da Bakıda dəbdəbəli həyat yaşayır. Onun “Vorovski” adlanan ərazidə bir neçə milyonluq villası var. Rektor çıxıb deyə bilərmi ki, bu villanı hansı pullar ilə tikib?
Heydər Əsədovun kiçik oğlu Asif də dinc durmur. O, London küçələrində Bakı seriyası olan 90-HO-505 nömrə nişanlı Porşe markalı maşınla gəzib, avtoşluq edir.
Heydər Əsədov həm keçmiş nəqliyyat naziri Ziya Məmmədovla, həm də Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevlə qudadır. Rektorun qızı Fəridə Ziya Məmmədovun oğlu Anarla evlidir. Onların Bakıda biznes şəbəkələri var. “NAZ Couture” brend geyim mağazası və “Royal Estetik” Klinikası Fəridə Əsədovaya məxsusdur.
Rektorun oğlu Vagif isə Gömrük komitəsinin sədr müavini Əsgər Abdullayevin qızı Günayla evlidir. Onları Türkiyədə turizm şirkəti var.
Mehman Hüseynov"

Teref.az olaraq bloggerin səsləndirdiyi ittihamlarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam