Əhalinin Nəzərinə!- Tibbi sığortadan yararlanmaq üçün BUNLARI ETMƏLİSİNİZ
Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.
Yenixeber.org: İcbari tibbi sığortadan yararlanmaq istəyən vətəndaşların hansı proseduru keçməli olduğunu araşdırmışıq.
İlk növbədə aprelin 1-dən etibarən təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət edilməlidir. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və həkim tibb məntəqələri aiddir.
Daha sonra bu müəssisələrdə çalışan ailə həkimləri xəstəni müalicə və müayinə edirlər. Ehtiyac olduqda diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi ilə təmin edirlər.
Xidmətlər zərfinə bunlar daxildir:
- İlkin səhiyyə xidməti
- Təcili və təxirəsalınmaz tibbi yardım xidməti
- İxtisaslaşdırılmış ambulator yardım xidməti
- Laboratoriya
- Fizioterapiya
- Stasionar tibbi xidmətlər
Xidmətlər zərfində olan, lakin TƏBİB-in nəzdindəki tibb müəssisəsində göstərilməsi mümükün olmayan tibbi xidmətlər üçün göndəriş vərəqəsi verilir. Bu vərəqənin etibarlılıq müddəti 10 iş gündür və həmin vərəqə TƏBİB-in nəzdindəki tibb müəssisəsi tərəfindən verilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində göndəriş vərəqəsi ilə tibbi xidmət almaq mümkündür.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində bu gündən tətbiq olunan icbari tibbi xidmət zamanı vətəndaşların istifadə edə biləcəyi xidmətlərin bir hissəsini təqdim edirik:
- Yoluxucu xəstəliklər mənbəyində xəstə ilə təmasda olan şəxslər arasında profilaktik müayinələrin aparılması və/və ya ehtiyac yaranarsa, müvafiq ixtisas həkiminə göndərişlərin verilməsi
- Uroloqun müayinəsi USM ilə
- Ginekoloqun müayinəsi USM ilə
- Göz yaşı kanalının açılması, uşaqlarda
- Doğuşa əllə yardım - Normal doğuş
- Klassik qeysəriyyə kəsiyi əməliyyatı (qeysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması)
- Epilepsiya əməliyyatı materialı müayinəsi
- Onurğa beyni strukturlarında digər bərpa xarakterli və plastik əməliyyatlar
- Qaraciyər koması ilə ağırlaşan A hepatiti
- Qaraciyər koması baş vermədən müşayiət olunan delta-amilli (koinfeksiya) kəskin B hepatiti
- Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi
- Fəqərə sınığının bərpası (osteosintez)
- İnsulindən asılı şəkərli diabet, koma ilə
- Yumurtalıqlarda aparılan diaqnostik prosedurlar (diaqnostik laparoskopiya)
- Sünnət
- Döl və yenidoğulmuşun, ananın alkoqollu içkilərdən istifadə etməsi ilə əlaqədar zədələnmələri
- Ürək qapağı protezi ilə bağlı mexaniki mənşəli ağırlaşma
- Uşaqlıq, gənclik və presenil katarakta
Qeyd edək ki, "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nin tam siyahısına BURADAN baxa bilərsiniz.(BAKU.WS)