Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bəylər Əyyubovun bacısı ikinci sahəni Dövlət Sosial Müdafiə Fonduna icarəyə verəcək

 Qaze Həsənova Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialı üçün ofis icarəsi üzrə keçirilən tenderin qalibi elan edilib. Bu, son dörd ayda qadın develeporein dövlət qurumları ilə ikinci uğurlu müqaviləsidir.

Yenixeber.org: Məlumata görə, Qaze Həsənova 3000 kvadrat metr sahəsi olan ofisin icarəyə götürülməsinə görə Əhalinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan 556,2 min manat (327,1 min dollar) alacaq.

Keçən il noyabrın 16-da Dövlət Sosial Müdafiə Fondu ilə Qaze Həsənova arasında 9200 kvadrat metrlik bir ofis sahəsi üzrə bir illik icarə müqaviləsi imzalanmışdı. Əmək pensiyaları, sosial müavinət və ayrı-ayrı kateqoriyalı şəxslərə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin təqaüd, kompensasiya işlərinin mərkəzləşdirilmiş qaydada inventarlaşdırılmasının və arxivləşdirilməsinin həyata keçirilməsi, yerləşdirilməsi üçün ofisin icarəyə götürülməsi xidmətinin satın alınması üzrə müqavilənin dəyəri 993,6 min manat ( $ 584.4 min) idi.

Qaze Həsənovanın bacısı Naze Həsənova da daşınmaz əmlak mülkiyyətçisidir. O, İqtisadiyyat Nazirliyinin tabeliyindəki strukturlardan birinə ofis sahəsi icarəyə verib.

Qeyd edək ki, Qaze və Naze Həsənovalar Azərbaycan Prezidentinin şəxsi təhlükəsizliyinin rəhbəri general Bəylər Əyyubovun bacılarıdır.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam