Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DSMF-nin binasında yanğın:30 nəfər təxliyə edilib (Yenilənib)

DSMF-nin binasında yanğın: 30 nəfər təxliyə edilib (Yenilənib)
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baş verən yanğınla bağlı növbəti məlumatını yayıb.
Yenixeber.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi 9 mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb.

Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər otaqlar yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***
Fövqəladə Hallar Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət Sosial Müdafiə Fondunun binasında baş verən yanğınla bağlı məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, iyun ayının 1-i saat 14:30-dək, ilkin məlumata əsasən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Saat 14:07-də yanğın söndürülüb. İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Əlavə məlumat veriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam